Tanınmış müğənni Əli Mirəliyev son konsertində jurnalistlərə qarşı aqressiv davranışı ilə gündəmə gələn Röya Ayxana məsləhət verib.
O, Unikal.org-a bildirib ki, jurnalistlərə hörmətlə yanaşsın və onları aşağılamasın:
"Bu qızın gözəl səsi ilə yanaşı şıltaqlığı da var. Siz jurnalistlər özünüz də onun yan-yörəsinə çox keçirsiniz. Ona görə də bu xanımda müvəffəqiyyətdən başgicələnməsi olur. Bu sadəcə onun şıltaqlığından irəli gəlir. Dediklərim təkcə Röyaya yox, bütün müğənnilərə aiddir. Onun gözəl ürəyi və oxumağı var. Röya hələlik cavandır. Başı hələki Ələt daşına dəyməyib. Dəyəndən sonra görəcək ki, təkcə oxumaqla da nəsə düzəlmir. Jurnalistə də hörmət etmək lazımdır. Onun işi yazmaqdır. Sən müğənni olaraq jurnalistlərlə dil tapmalısan və onlara hörmətlə yanaşmalısan. Jurnalistdən xoşun gəlmirsə, müsahibə və ya açıqlama vermə. Daha niyə təhqir edirsən? Konsert təşkil edirsənsə, ora jurnalist də gələcək. Jurnalist həkim deyil ki? Onun müğənni və digər sahələrdə çalışan insanlar üçün mövqeyi xalqa önəmlidir. Mən bir daha Röyaya səslənib bildirirəm ki, jurnalistlərə hörmətlə yanaşsın və onları aşağılamasın.