Bakının Binəqədi rayonunda, Ş.Məmmədov küçəsində yerləşən və artıq məşhur olan "Oazis" restoranında əsl döyüş filminin ssenarisi reallaşıb.

 

Belə ki, martın 5-də saat 23-da restoranın iki müştərisi - 1986-cı il təvəllüdlü Ağdam rayon sakini və əvvəllər məhkum olmuşMehdiyev Elçin Vahid oğluvə 1986-cı il təvəllüdlü Abşeron rayon sakiniMəmmədov Elçin Əli oğludava salıblar. Dava zamanı polis əməkdaşlarını döyən sərxoşlar, onların xidməti formasının paqonlarını qoparıblar. Unikal.org xəbər verir ki, bu barədə sputnik.az-a Binəqədi Rayon Polis İdarəsindən deyiblər.
Məlumata görə, yerli polis əməkdaşları - 1994-cü il təvəllüdlüƏliş Məmmədzadə, 1989-cu il təvəllüdlüOrxan Sultanovvə 1988-ci il təvəllüdlüElşən Xuduşovasayişi pozanları sakitləşdirməyə çalışıblar.
Amma sakit olmaq əvəzinə xuliqanlar Sultanovu və Məmmədzadəni yumruqlamağa başlayıblar. Göstərilən müqavimətə baxmayaraq, cinayətkarlar saxlanılıb və adıçəkilən rayonun 5-ci polis bölməsinə gətiriliblər. Ancaq saxlanılan şəxslər orada da sakit dayanmayıblar.
Bölmənin qarşısında onlar "Fiat Doblo" markalı polis avtomobilinin yan şüşələrini sındırıblar. Dava salanların üçüncüsü - 1987-ci il təvəllüdlü Bakı sakiniMəmmədov Nicat Nazim oğluözü polis bölməsinə gələrək serjantCahid Mahmudovu döyüb. Nəticədə polis hər üç davakarı barmaqlıq arxasına salıb.
Axtarış zamanı saxlanılan şəxslərin üstündən narkotik maddə tapılıb. Belə ki, Mehdiyevin üzərində 5,75 qram, Elçin Məmmədovun üzərində 5,37 qram marixuana, Nicat Məmmədovun üstündə isə 0,231 qram heroin aşkar edilib.