Son 25 ildə Azərbaycanda hamiləliklə bağlı 1000-ə yaxın ana ölümü faktı qeydə alınıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, 1990-2015-cı illər ərzində hamiləlik, doğuş və zahılıq dövründə 977 ana ölümü baş verib.

Ana ölümlərinin maksimum sayı 1994-cü ildə 70 nəfər, minium sayı isə 1990-cı ildə 17 nəfər olub.

Ana ölümü hallarının ən yüksək göstəriciləri 1993-cü ildə (60 nəfər), 1996-cı (57 nəfər), 2007-ci (54 nəfər), 1995-ci (53 nəfər), 1998,1999 və 2006-cı (hər bir ildə 51 nəfər) illərdə, ən aşağı göstəricilər isə 1991-ci (20 nəfər), 2003-cü (21 nəfər), 2002-ci (22 nəfər), 2015-ci (24 nəfər), 2013-2014-cü (hər birində 25 nəfər) illərdə qeydə alınıb.

Ötən 5 il ərzində ölkədə ana ölümlərinin sayı 24-27 arasında dəyişib. 2015-ci ildə Azərbaycanda 24 ana ölümü qeydə alınıb ki, bununla da ana ölümünün səviyyəsi 2014-cü illə müqayisədə 1,4 % azalıb.