Müğənni Çelik qalmaqallı açıqlama verib.
Unikal.org -un türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı kişiliyin sünnət olunmaqla ölçülmədiyini bildirib:
"Kişilik sünnət, saqqal və bığdan ibarət deyil. Tutaq ki, səni masaya yatırıb sünnət etdilər və sən kişi oldun, amma məsələ burasındadır ki, sən özünü kişi kimi aparmırsan. Kişilik sünnət olmaqla ölçülürsə, onda 3-4 dəfə sünnət olmağa razıyam! Amma kişilik təkcə oranı kəsdirməklə olmur. Qadınları əzən o qədər sünnət olmuş, bığ saxlamış kişilər var ki... Mənim öyrəndiyim mədəniyyətdə isə bu, yoxdur".