"Nar BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də sərgidə özünün ən son yeniliklərini təqdim etməyi planlaşdırır. Dörd gün ərzində davam edəcək sərginin qeydiyyat sponsoru olan "Nar sərgi müddətində müasir rabitə tələbləri - ev üçün internet və IPTV xidmətləri, mobil rabitə üçün danışıq və internet, həmçinin SMS xidmətlərinin vahid platforma üzərindən təqdim edilməsini nəzərdə tutan tamamilə yeni "Qutu məhsulunu, yüksəksürətli məlumat mübadiləsini təmin edən LTE-A (LTE-Advanced) şəbəkəsini, "Augmented Reality virtual reallıq texnologiyasını və digər yeniliklərini sərgi iştirakçılarına təqdim edəcək.
Sərgi zamanı "Nar özünün çoxfunksiyalı rabitə strategiyası çərçivəsində təqdim etdiyi "Qutu məhsulunu ilk dəfə ictimaiyyətin diqqətinə çatdıracaq. Bu məhsulun əsas mahiyyəti müasir rabitə tələblərinin vahid platforma üzərindən idarə olunmasıdır. Beləliklə, Azərbaycanda ilk dəfə olaraq "Nar özünün "Qutu məhsulu ilə abunəçilərinə eyni platforma üzərindən mobil rabitə, eləcə də fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid ödəniş ilə təklif etməyi planlaşdırır. "Qutu sayəsində abunəçi artıq ayrı-ayrı xidmətləri əldə etmək üçün əlavə vaxt itirməyəcək, bütün xidmətləri bir paketdə əldə edərək ümumi xərclərinə qənaət edə biləcək və həftədə 7 gün 24 saat özəl müştəri xidmətlərindən faydalanmaq fürsəti qazanacaq.
Qeyd edək ki, bu məhsulu 2017-ci ilin yanvar ayından etibarən əldə etmək mümkün olacaq. Sərgi günlərində "Nar Bakutel stendində və ya dekabr ayı ərzində rabitə operatorunun internet səhifəsində (nar.az) qeydiyyatdan keçmiş abunəçilər arasından təsadüfi seçilmiş 100 nəfər "Pulsuz ay fürsətindən yararlanmaq şansı əldə edəcək.
Sərgidə nümayiş etdiriləcək yeniliklərdən biri də genişləndirilmiş "Nar şəbəkəsinin məhsulu olan LTE-A (LTE-Advanced) innovativ texnologiyasıdır. Sərgi iştirakçıları LTE-A test sınamasında iştirak edərək "Nar şəbəkəsinin təqdim etdiyi yüksəksürətli internet bağlantısını bilavasitə sınaqdan keçirə biləcəklər.
Bundan əlavə, "Nar stendinin ziyarətçiləri yeni "Yerlim tarifinin tanıdılması çərçivəsində Azərbaycanda ilk dəfə olaraq ölkə coğrafiyasında virtual səyahət etmək imkanı verən və virtual reallıq texnologiyasına əsaslanan "Augmented Reality interaktiv turunun birbaşa iştirakçısı ola biləcəklər.
"Nar hər bir kəsi 29 noyabr-2 dekabr 2016-cı il tarixləri arasında Bakı Ekspo Mərkəzində keçiriləcək BakuTel-2016 22-ci beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları sərgisindəki "Nar stendinə dəvət edir.