Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən məlumata görə, hadisə rayonun Qovlar şəhərində, Elma Mürsəlova məxsus mənzildə baş verib. Onun 2014-cü il təvəllüdlü övladı Elnar hündürlükdən yerə düşərək ağır xəsarət alıb.

Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.