Bakıda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun İbrahim Xəlil küçəsi, 16 saylı mənzildə baş verib. Həmin mənzildə yaşayan 1993-cü il təvəllüdlü Şirvanov Samid Arif oğlu özünü yaşadığı evin giriş qapısından asaraq intihar edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.