Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Oka" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Bu barədə Unikal.org-a DGK-nin mətbuat xidmətindən məlumat verilib.
Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 54 040 ədəd pirotexniki vasitə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
![Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər - FOTO Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər - FOTO](http://img.milli.az/2016/11/29/494026_02.jpg)