Gecə həyatı ilə tez-tez gündəmə gələn müğənni Teoman döyülüb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, spirtli içkini tərgidəcəyini deyən, ancaq sözündə durmayan ifaçı olduğu bir məkanda pis vəziyyətə düşüb. O, içkili halda tanımadığı iki qadına söz atmağa başlayıb. Məkanın mühafizəçiləri xəbərdarlıq etsə də, o, buna əhəmiyyə verməyib. Teomanı oradan çıxartmaq istədikləri an ciddi mübahisə yaranıb.

Restoranda olan digər 4 müştəri isə bundan bezərək müğənnini döyüblər. Onun gecə ikən xəstəxanaya aparıldığı deyilir. Teoman heç kimdən şikayətçi olmadığını bildirib.