ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişində qonaq olan müğənni Roza Zərgərli maraqlı açıqlamalar edib.

Unikal.org-un məlumatına görə, sənətçi ailəsininin onun sənəti ilə bağlı qadağalarından danışıb:

"Çalışmışam ki, nə evimi, nə də maşınımı gündəmə gətirim. Mən sənətə qayıdanda qadağa qoyulmuşdu ki, ev-eşik, maşın, uşaq çəkilməsin. İndi övladlarımın sənətləri bu sahədə olduğu üçün efirlərə çıxırlar. Hər halda, kiçik oğlum hərbçi olmaq istəyir. Onun efirdə nə işi var".

İfaçı klip arzusundan söz açıb:

"Çox istəyirəm ki, Ukraynada doğulmuş, Rusiyada fəaliyyət göstərən Alan Badoev mənim üçün klip çəksin. Mənə desə ki, "sən orda çimərlik geyimində çıxmalısan və ya başında meyvə səbəti olmalıdır, atın üzərində tərs oturmalısan, paraşütlə tullanmalısan, hətta suyun altında boğulana kimi qalmalısan" edərəm. Həmin rejissorun işlərini çox bəyənirəm.

R.Zərgərli bu günlərdə Nail naiboğlu ilə yeni ekran işinə imza atacağını deyib:

"Söz verib ki, hər şey mükəmməl olacaq. Klipi "Spor mahnısına çəkəcəyik. Artıq kliplərə təqdimat etməyəcəm. "Qəmli nağıl a klip çəkdirəndə bildirdim ki, bu sonuncu təqdimatımdır".

Müğənni albom çıxarmama səbəbini də açıqlayıb:

"Bütün mahnılarım Youtube-də var, ordan dinləsinlər. Hamı bilir ki, 100 dollar qoyursan, gecə izləyicilərinin sayı artır, "likelarin artır. Sadəcə həmin müğənnilər özlərini aldadırlar.