"ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində qonaq olan rejissor Kənan M.M. maraqlı açıqlamalar edib.
Unikal.org-un məlumatına görə, oğlu Hüseynlə proqrama qatılan rejissor onun aktyorluq bacarığı olduğunu söyləyib:
"Ortancıl qızımı Maşaya bənzədirəm. Baxçadan onu götürəndə müəllimlər şükür edir. Deyir ki, buna qız hərəkətləri öyrədin. Ən razı qaldığım övladım Hüseyndir. Sakit uşaqdır, efirlərdən qaçır. "Qayıdış"dan sonra filmlərə çəkilmək istəyir. Soruşur həmişə ki, rejissor, aktyor nədir? Onun qərarını vermək istəyir. Deyirəm rejissor çəkir, aktyor çəkilir. Məndə irad tutur ki, sən həm çəkilib, həm çəkirsən. "Ləkə" serialının finalında məni bıçaqla vurub öldürürlər. Bir də görürəm ki, Hüseyn mətbəxtə bıçağı əlinə alıb onu söyür. Ən səmimi tamaşaçı uşaqdır".
Hüseyn atasının "Qayıdış" filmini sevdiyini bildirib:
"Sonuncu səhnəni sevirəm. Çox ağlamışdım orada".