Bakıda gənc oğlan energetik içkidən zəhərlənib.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Rəşadət İsmayıl oğlu Bağırov "Bizon" energetik içkisindən zəhərlənib.

Həkimə müraciət edən gəncin mədəsi yuyulub. Əldə etdiyimiz məlumata görə, Rəşadət energetik içkini Şərifzadə küçəsində yerləşən "Okean" marketdən alıb. Mağazaya müraciət edən gəncin yaxınları məhsulun tərkibi ilə bağlı şikayət ediblər.

Mağazanın satıcısı isə artıq bir neçə dəfə bu cür şikayətlərlə rastlaşdıqlarını və bu barədə istehsalçı şirkətə məlumat verdiklərini bildirib.

Məsələ ilə bağlı "BİZON" energetik içkilərinin Azərbaycan distributoru olan "Avrora" firmasından bildirilib ki, araşdırma aparılacaq və qısa zamanda məlumat veriləcək.