Sabah Astara və Abşeron magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan unikal.org-a verilən məlumata görə, noyabrın 30-da saat 10:00-dan 18:00-dək "Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Alvadı, "Göytəpə və "Cəlilabad, Abşeron magistral qaz kəmərləri sahəsinin "Qanlı Göl qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Qaradağ rayonunun "Laçın qaçqınları yaşayış məntəqəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Qeyd edək ki, bu gün saat 09:00-dan 18:00-dək SOCAR-ın "Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Alvadı, "Göytəpə və "Cəlilabad qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri olub. Bildirilib ki, təmir müddətində aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.