"Bakı Metropolitenin stansiyasında intihara cəhd hadisəsi baş verib.
QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev unikal.org-a bildirib ki, saat 09:20 dəqiqədə bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb.
Əhmədov Nəsir Əlihüseyn oğlu 1951-ci təvəllüd Nardaran sakini. Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamar mümkün olub.
Qatar dərhal dayandırlıb, xətdən gərginlik çıxarılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır.