Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
Unikal.org bildirir ki, Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Mehparə Məzahir qızı Əliyeva yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.