Bakıda daş karxanasında işləyən 25 yaşlı oğlanın ayaqlarınadəmir parçası batıb.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Qaradağ rayonunda yerləşən "Şah Qai" adlı daş karxanasında qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Quliyev Sərdar Sabir oğlu karxanada işlədiyi zaman ehtiyatsızlıqdan bir ayağının topuq nahiyəsinə, digər ayağınındiz hissəsinəarmatur parçaları girib. Nəticədə S.Quliyev ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.