"Elə bilirsiniz, müğənniyəm deyə, yemək bişirə bilmirəm? Elə dadlı yeməklər edirəm ki... Məhərrəmlikdə ev işlərinə daha çox vaxtım oldu, seriala da baxıram, yemək də edirəm.
Unikal.org-un məlumatına görə, bu sözləri axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.
Sənətçi sevgilisindən danışıb. O, "Sevgilin üçün hansı yeməyi hazırlamısan sualına belə cavab verib:
"Daha çox restorana şam yeməyinə gedirik. Amma o da mənim üçün yeməklər hazırlayır. Əlinin duzu var, dadlı edir. Yemək barəsində ondan çox şey öyrənmişəm. Bildiyimiz yeməklərin çoxunu bişirmişəm".
G.İbrahimli sevgilisinin ünvanına təriflər yağdırıb:
"Həddindən artıq yaxşı insandır. Bizdə sevgiylə iş bitmir. Mənim həm dostum, həm də dayağımdır. O insanın sayəsində çətinlikləri aşmışam. Hər zaman ona minnətdaram".