"Asan radioda qonaq olan xalq artisti Brilliant Dadaşova klassik mahnıları yeni aranjimanda təqdim etməyinin səbəbini açıqlayıb.
Unikal.org-un məlumatına görə, müğənni bildirib ki, hər kəsə uşaqlıq illərini yenidən yaşatmaq istəyir:
"İşlərimlə əlaqədar Türkiyədə çox qala bilmirəm. İki ölkə arasında gəlib-gedirəm. Əvvəl türk mahnılarını bu qədər asan oxuya bilmirdik. İndi istədiyimiz bəstəni rahat əldə edirik. Uşaqlığı özümə və dinləyicilərə yenidən yaşatmaq üçün klassik mahnılar oxuyuram. Onları yeni üslubda dinləyicilərə təqdim edirəm.