Türkiyənin Anadolu bölgəsinin ən böyük heyvan bazarlarından olan Aksaray Heyvan Bazarında iri və kiçik buynuzlu heyvan alqı-satıqısı ilə məşğul olan fermerlər Avropa və Amerikaya reaksiya olaraq dollar və avro pul vahidini yandırıblar.
Unikal.org xəbər verir ki, Azərbaycanda olduğu kimi Türkiyədə də dollar və avro bahalaşır. Əhali və xüsusəndə sahibkarla ciddi ziyan vuran bu valyutalara qarşı fermerlər etiraz aksiyası keçiriblər.
Fermerlər heyvan bazarının girişində plakat asaraq dollar və avro etibarsız pul vahidi olduğu üçün bu valyuta ilə alış-verişi dayandırdı şuarını da asıblar. Fermerlər dollarları yerə ataraq ayaqlayır və daha sonra yandırıblar.