İngiltərədə yayımlanan "Loose Women adlı televiziya şousuna qatılan məşhur ingilis müğənni Robbie Williamsın həyat yoldaşı Ayda Field izləyicilərin təəccübünə səbəb olacaq açıqlamalar verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, açıqlamasında Robbie Williamsla yaşadığı intim həyatından danışıb. Ayda Field intim münasibət zamanı olay yaradacaq hərəkətlər etdiyini etiraf edib: "Əgər Robbie intim münasibət zamanı istəmədiyi hərəkətləri edirsə, etiraf edim ki, bu hərəkətləri mən də edirəm. Mən bir anayam. Bu münasibət əsnasında başqa hərəkətlər xəyal edirəm. Televiziya izləməyi və Jammy Dodgers biskivitlərini yeməyi düşünürəm.

Ayda Fieldin bu şokedici etirafına proqramın digər iştirakçıları da etdikləri etiraflarla qatılıb. Bundan dərhal sonra məşhur müğənni Robbie Willams studiyaya gələrək həyat yoldaşına əsəbi tərzdə olduğunu göstərib. O, arvadına sərt şəkildə "Demək məni aldatmısan? Pop ulduzu Robbie Williamsı? sözlərini dilə gətirib.
Məşhur müğənniyə intim münasibət zamanı istənilməyən hərəkət etdiyi soruşulduqda isə belə cavab verib: "Mənmi? Əsla. Necə ediləcəyini bilmirəm. Bəlkə bu gecə intm münasibət zamanı necə ediləcəyi üzərində işləmək lazımdır.

Xatırladaq ki, Robbie Türkiyə vətəndaşı Ayda Field ilə 2010-cu ildə ailə həyatı qurub.