Bu gün Azərbaycanda keçirilən "Numberone" mükafatlandırma mərasimi qalmaqalsız ötüşməyib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, azərbaycanlı model Rüstəm Cəbrayılov səhnəyə içkili çıxaraq bu sözləri deyib :
"Mənim arxamda buradakılardan böyük insanlar durur. Ən birinci mükafat Flora Kərimovaya verilməli idi. Sona kimi oturub gözlədi hamını. Dünya üzrə modellik sahəsində birinci olmuşam. Burada mükafat alanlar məndən artıq deyil. Mənim artıq ən böyük mükafatım var. Nominasiyası olanlar məndən artıq deyillər ki, gözləmədilər getdilər. Mənim arxamda duran insanlar var".