Bakının Yasamal rayonunda xuliqanlıq cinayəti baş verib.
Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Yasamal yaşayış massivində qeydə alınıb.
Bakı şəhər sakini, 52 yaşlı Elduzə Daşdəmirova yaşadığı evdə naməlum şəxs tərəfindən döyülüb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Elduzə Daşdəmirova Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinin təhqiqatçısı tərəfindən dindirilib. O, ifadəsində tanışı tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.