Meray Keri öz bədən quruluşu ilə fəxr edən və onu nümayiş etdirməkdən zövq alan müğənnilər siyahısında liderlik edir.
Unikal.org bildirir ki, dünya şöhrətli müğənni həm səhnə çıxışları, həm də gəzinti üçün tez-tez açıq-saçıq geyimlər seçir. 46 yaşlı müğənni formasını qorumaq üçün pəhriz saxlayır. Bu yaxınlarda isə ulduz verdiyi müsahibədə gözəllik reseptini açıqlayıb: "Mənim qidalanma rasionuma nifrət etmək olar. Hər gün Norveç qızıl balığı və kapersi yeyirəm. Ciddi deyirəm zülallı pəhriz saxlamağa çalışmaq həqiqətən də çətindir. O ən və ən pisidir, lakin bu zaman daha səmərəli nəticə əldə edirsən".
Yeri gəlmişkən çiçək açmayan gül qönçələri də ən aşağı kalorili bitkilər sayılır. Ona görə də Meray pəhrizinə onları daxil edib.
Amerikalı pop diva pəhriz reseptləri ilə yanaşı, milyarder sevgilisi Ceyms Pakerdən ayrılmasına da münasibət bildirib: "Deməli, baş verməli idi. Biz isə bunu qəbul edib, bundan sonra sadəcə gələcəyə doğru hərəkət etməliyik".