Bakıda yaşayış evi yanıb.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Pirallahı rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verən yanğın nəticəsində iki otaqlı ev 40 kv/m sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1973-cü il təvəllüdlü Tofiq Rəfibəy oğlu Səfibəyovun tüstüdən boğulmuş meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.