İki həftə əvvəl ayağından əməliyyat olunan "Yeşilçam" filmlərinin ustad sənətkarı 73 yaşlı aktrisa Fatma Girikin yenidən vəziyyəti ağırlaşıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, ayağındakı protezi sınan aktrisa yenidən əməliyyat keçirməli olub. 10 gün içində ikinci dəfə əməliyyat edilən aktrisa hələ də xəstəxanadadır.