Astara rayonunda 15 yaşlı qız özünü güllələyib.
Unikal.org-un "Reporta istinadən verdiyi xəbərə görə, hadisə rayonun Şümrüd kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 2001-ci il təvəllüdlü Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb.
Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən yaralı əməliyyat olunub: "Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub. Onun vəziyyəti hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır-stabildir və həyatı üçün hər an təhlükə yarana bilər".
Hadisənin intihar olduğu ehtimal edilir. Kənd sakinlərinin bildirdiyinə görə, Q.Əliyeva valideynləri onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.
Faktla bağlı araşdırmalara başlanılıb.