"ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişində qonaq olan əməkdar artist Teymur Əmrah xaric oxuyan ifaçılardan danışıb.
Unikal.org-un məlumatına görə, əməkdar artist xaric oxuyan ifaçıları tənqid edib:
""Aktyorun xaric danışığı, müğənninin xaric oxumağı əxlaqsız qadınla eyni kateqoriyadadır. Xaric oxumaq çox pis şeydir. Bu, təmiz qulağı da pis korlaya bilər. Təsəvvür edin mən kiminləsə səhnədə duet oxuyuram. Qarşımdakı xaric oxusa, mən də ona qoşulacam. Yaşlı nəsil görən kimi, "korifey" deyib, baş əyirik. Onların hamısına "korifey" demək olmaz. Onların bəzisi sənətə təsadüfən gəliblər. Bir vaxtlar cəmi bir kanal var idi. Hamının fikri bir nöqtəyə yönlənirdi. Onların arxivini açsanız, görərsiniz ki, oxumaqlarında 1 ton xaric var".