Əməkdar artist Röya Olimpiya kompleksində keçiriləcək "Ən Yeni İl" gecəsi ilə bağlı bu gün keçirləcək mətbuat konfransında iştirak etməməsinə aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, aznews.az-a açıqlama verən Röya bəyan edib ki, Olimpiya kompleksində keçiriləcək "Ən Yeni İl" gecəsi ilə əlaqədar mətbuat konfrasında iştirak etməyəcəyi ilə bağlı xəbər iki ay əvvəl açıqlanmışdı.
"Hamının işçiləri gedir o mətbuat konfransına, mənim ora getməyimin mənası yoxdur. Ümumiyyətlə, təşkilatçılar mənim Bakıda olmadığımı bilirlər. Bu gün mənim "Darıxdım" adlı mahnıma klip çəkilir. 2 ay əvvəldən mənim o mətbuat konfransında olmayacağım məlum idi. Amma dekabırın 31-də mən həmin tədbirdə çıxış edəcəyəm".
Röya bu gün mətbuatda müğənninin yeni il konserti ilə bağlı keçirilən mətbuat konfrasında iştirak edəcəyi təqdirdə jurnalistlərin konfransa qatılmaqdan imtina etmələri barədə yayılan xəbərə də aydınlıq gətirib:
"Bu jurnalistlər belə xəbərlə də özlərini reklam edirlər."
Bakı Olimpiya Kompleksinin mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyevaaznews.az-a bildirib ki, Röyanın mətbuat konfransında iştirak etməyəcəyi əvvəlcədən məlum idi.
"Bizheç kimi siyahıdan çıxartmamışıq. Bu, yalnış məlumatdır. Biz konsertdə iştirak edən digər müğənnilər kimi Röyayla da müqavilə imzalamışıq. Sadəcə, Röyaözü ölkədə olmayacağını bildirirək, mətbuat konfransında iştirakdan imtina edib. Biz də jurnalistləri bu barədə xəbərdar etmişik ki, kimin Röyaya sualı olsa, həmin jurnalistlər üçün ayrıca birifinq təşkil ediləcək".