Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xətai rayonunda evdə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq evin qapısını açıb və 1968-ci il təvəllüdlü Əliyev Rauf Rəis oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.