Kayseridə bir gənc qız "facebook" səhifəsində "O zaman yaşamaq üçün ölmək gərək" statusunu yazıb, yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb öldürdü.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, gənc qız Erkilet Dere Məhəlləsi 4143. küçəsində yaşadığı binadan özünü atıb. Y.E adlı qızın özünə intihar etməsinə səbəb ailənin maddi durumunun pis olması göstərilib. Qızın cənazəsi Kayseri Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına gətirilib.
Hüquq-mühafizə orqanları hadisə ilə araşdırmaya başlayıb. Polis apardığı istintaq çərçivəsində Y.E.'nin ictimai paylaşma saytındakı hesabından ən son gecə saat 01.53-də "O zaman yaşamaq üçün ölmək gərək" mesajını paylaşdığı təyin olundu.