"Qısqanclığa görə 10 il səhnədən uzaq qalmışam. Bu da mənim səhnə uğurlarımı, konsertlərimi aldı. Dövlət televiziyasından konsert görüntülərim silindi.
Unikal.org-un məlumatına görə, bu sözləri əməkdar artist Firuzə İbadova ATV-də yayımlanan "3-cü göz verilişində deyib.
Müğənni həyat yoldaşının onu qısqandığını və on il sənətdən uzaqlaşdırdığını deyib:
"Bu da sevgini məhv edir. Həyatdan küsürdüm. Künclərə qısılıb ağlayırdım, divarla söhbət edirdim. Özümü ölmüş kimi hiss edirdim. Elə bilirdim artıq yoxam. Hətta Şəfiqə Axundova bir dəfə dedi ki, elə bildim dünyadan köçmüsən.