"Aşk Laftan Anlamaz"ın aktrisası Hande Erçel sevgilisi Mert Ekin Daymazla barışıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, "Best Model"in üçüncü olan Mertlə ilyarım əvvəl sevgi münasibətinə başlayan Hande 2 ay əvvəl ondan ayrılmışdı. Buna səbəb isə aktrisanın serialda Burak Dənizlə öpüşmə səhnəsi olub.
Lakin sevgililər ayrılığa dözə bilməyiblər. Dünən birgə görüntülənən cütlük "Hər şey yaxşıdır, çox xoşbəxtik" deyib.