Bakıda qadınlar arasında dava düşüb.
Unikal.org-un Reporta-a istinadən xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda, metronun "Gənclik stansiyasının yaxınlığında yerləşən qadın gözəllik salonlarından birində baş verib.
Belə ki, həmin salona müştəri kimi gedən 1975-ci il təvəllüdlü Samirə Cəmil qızı Seçkin orada çalışan Gülnar adlı saç ustası tərəfindən döyüldüyü barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.