Bakıda xəstəxananın ginekologiya şöbəsində qayınana gəlinini döyüb.

Unikal.org report-a istinadən xəbər verir ki, 3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü Əliquliyeva İnci Ramazan qızı qayınanası tərəfindən döyülüb.

Qeyd edək ki, İ.Əliquliyeva 5 aylıq hamilədir. O, ağrılarla bağlı xəstəxanaya müraciət edib və xəstəxanaya qayınanası ilə birlikdə gəlib. Özünün dediyinə görə, o, hamiləliyi ilə bağlı qayınanası tərəfindən təhqir edilərək döyülüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.