ARB Kəpəz xəbər verir ki, Şəmkirdəki zəncirvari qəzada 2-si uşaq olmaqla 8 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax magistralının 397-ci km-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Unikal.org xəbər verir ki, Ukrayna vətəndaşı 46 yaşlı Yevgeniy Kaçkovun idarə etdiyi "Kia Sorento" markalı avtomobillə "VAZ 2106" və "Range Rover" markalı maşınlar toqquşub. Zərbənin təsirindən "Kia" yolun hərəkət hissəsindən çıxaraq aşıb, "VAZ" tam yararsız hala düşüb. "Range Rover"ə isə qismən ziyan dəyib.
Ukrayna vətəndaşının həyat yoldaşı Yevgeniya Kaçkov, övladları 11 yaşlı Milana və 8 yaşlı Gelb, eləcə də VAZ-da olanlar, Şəmkir rayon Kür qəsəbə sakinləri - sürücü 67 yaşlı Ziyad Əkbərov, 51 yaşlı Zəminə Zeynalova, oğlu 25 yaşlı Ülvi Zeynalov, qohumları 27 yaşlı Turanə Əliyeva və 49 yaşlı Zümrüd Zeynalova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstənaxasına çatdırılıb.
VAZ-ın sürücü və sərnişinlərinin xəsarəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdiriliblər. Fakt Baş DYP İdarəsinin istintaq və tədqiqat şöbəsində araşdırılır.