Bir müddət əvvəl nişanlanan müğənni Natavan Həbibi şəxsi həyatı haqqında maraqlı etiraflar edib.
Unikal.org xəbər verir ki, toya hazırlaşan Natavan Həbibi "Xəzər maqazin" verilişində mərasimin mediyaya qapalı keçdiyini açıqlayıb:"Bu məsələyə çox ciddi yanaşıram. Nişanlım və ailəsi çox ciddi insanlardır. Ona görə də toyu şouya çevirməyəcəyəm. Toy mediyaya qapalı olacaq. Xanımam və nə desələr, onu edəcəm".
Natavan Həbibi nişanlısına mahnı həsr etdiyini də deyib:"Sənə oxudum" adlı mahnımı ona həsr etmişəm. İki ildir ki, bu mahnı üzərində işləyirik. Nəhayət ki, istədiyim aranjemanda ifa etdim".