Bu gün Hacıqabulda azyaşlı bacı və qardaş dəm qazından zəhərlənib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, 2007-ci il təvəllüdlü Rzayeva Türkan Elnur qızı və 2009-cu il Rzayev Elmir Elnur oğlu Hacıqabul şəhərində evlərində dəm qazından zəhərlənib.

Bacı və qardaş Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.