Dekabrın 4-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yaxınlığında - Şərifzadə küşəsində naməlum şəxs Mirzəyeva Zima Zülfüqar qızına hücum edib. Həmin şəxs qadına hədə-qorxu gələrək pul tələb edib və onun üzərindəki 70 manat pulu ələ keçirərək qaçıb.

Qadın başına gələnlərlə bağlı polisə müraciət edib. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.