Stilist Anar Ağakişiyev yerli məşhurları tənqid edib.

Unikal.org axşam.az-a istinadən bildirir ki, stilist "Xəzər maqazin"ə açıqlamasında yerli məşhurların tək işinin toy oxumaq olduğunu deyib:

"Hansı biri Biləcəridən o tərəfdə tanınır? Bu günə qədər nə ediblər? Gedir bəstəkardan mahnı oxuyurlar, toy, ev. Arada da darıxanda bir-birinə söz atırlar. Ya Moskvaya, ya Gürcüstana toya gedirlər. Bu günə kimi nə ediblər? Bizimkilərin işi ancaq pul yığmaqdır".
A.Ağakişiyev xaricdə müəllim kimi fəaliyyət göstərəcəyini bildirib:

"Mən artıq xaricdəki məşhur bir şirkətin üzvüyəm. 2017 və 2018-ci ildə onlar hansı ölkəni desələr, oraya gedib, dərs deməliyəm.

Bu yaxınlarda təsadüfən elə bir krem hazırladım ki... Onu çəkəndə üz 15 yaş cavanlaşır. Xaricə gedib, bir kosmetika firmasında bu kremdən az miqdarda hazırlatdım. Həmin Avstraliya şirkəti 2017-ci ildə mənim xüsusi kosmetikamı buraxacaq. Buradan gələn qazancın 90 faizi şirkətin, cəmi 10 faizi mənimdir".