Xaçmazda ağır yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib.

İlkin məlumata əsasən, "VAZ 2106 və "VAZ 21015 minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Ölənlərdən birinin polis mayoru olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.