Şəmkir rayon sakini intihara cəhd edib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Dəllər Çırdaxan kənd sakini, 1985-ci il təvəllüdlü Yaşar Nuriyev sirkə turşusu içərək zəhərlənib. O dərhal Şəmkir mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Y. Nuriyevin intihar məqsədi ilə sirkə turşusu içdiyi bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.