İspaniyada təyyarə qəzası baş verib.

Unikal.org "El Pais"ə istinadən xəbər verir ki, hadisə Sequril ərazisində qeydə alınıb.

Belə ki, kiçik təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. Onlardan 2-i uşaqdır.

Məlumata görə, təyyarə Madrid muxtar ərazisindən havaya qalxıb və Portuqaliyanın Kaşkayş şəhərinə doğru uçurmuş.

Hadisənin başvermə səbəbləri araşdırılır.