Rusiyanın Voronej vilayətində azərbaycanlıların iştirakı ilə dəhşətli yol qəzası baş verib.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, bu gün vilayətin Liskinsk rayonunda "VAZ 21099 avtomobili "Kamazla toqquşub. Nəticədə "VAZın içindəki üç nəfər həlak olub. 
Onlar avtomobilin sürücüsü (51 yaş), onun 49 yaşlı qardaşı və 28 yaşlı oğludur. Ölənlərin hər üçü azərbaycanlıdır. Ata və oğul Azərbaycan vətəndaşları olub. Onlar Voronejdə müvəqqəti qeydiyyatda imişlər.
Sürücünün qardaşı isə Rusiya vətəndaşlığı daşıyırmış və Poçepskoe rayonunun sakini olub.İlkin məlumata görə, "VAZ 21099 qarşı hərəkət zolağına çıxıb və "Kamazla toqquşub.
"Kamazın sürücüsü xəsarət almayıb.