Azərbaycanda daha 3 nəfər yol qəzasının qurbanı olub. 

Unikal.org bildirir ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasında - Şərur-Xanlıqlar yolunda "Niva"nın vurduğu 23 yaşlı oğlan xəstəxanada vəfat edib. Bundan başqa Bakının Xətai rayonu ərazisində Gəncə prospektində "Mercedes"in vurduğu 59 yaşlı qadının həyatını da xilas etmək mümkün olmayıb.

Daha bir piyada ölümü isə dekabrın 2-də Goranboyda - Bakı-Qazax magistralının 339-cu kilometrliyində baş verib. Burada "VAZ 2106" 53 yaşlı kişini vuraraq öldürüb.

Hər bir faktla bağlı araşdırma aparılır.