Beyin iflicindən əziyyət çəkən və heç bir hərəkəti özündən asılı olmayan şəxs ayaqları ilə kitab yazdı. Çində 53 yaşlı bir qadının yazdığı roman hər kəsi heyrətləndirib. Məsələ romanın sujet xəttində yox, müəllifin serebral palsi xəstəsi olmasındadır.
Beyin iflici keçirərək həyatı tamamilə alt-üst olan qadın, ayaqlarını nisbətən sərbəst hərəkət etdirə bilir. Gün ərzində bilgisayar qarşısından çəkilməyən qadın düşündüklərini, keçirdiyi hissləri şeir və hekayə formasına salır. Onun 20 min sözdən ibarət olan və 4 ilə başa gələn romanı ölkədə maraqla qarşılanıb.
Cao Donmi adlı qadın indi ayağı ilə yazdığı şerlərlə özünə geniş oxucu kütləsi toplayıb. Yerli sosial şəbəkələrdə də onun fanatların sayı artaqdadır.
Həyat yoldaşı ona əlindən gəldiyi qədər dəstək olmağa çalışır, beyin iflicli xəstənin ədəbi yaradacılığını davam etdirməsi üçün öz üzərinə düşənləri yerinə yetirir. Yeri gəlmişkən 53 yaşlı qadının ayağı ilə yazdığı romanın mövzusu da çətin gündə bir-birinə dəstək olan iki sevgilinin münasibətlərindən bəhs edir.