Xalq artisti Firuz Əliyevin oğlu Əlinin toyudur.
Unikal.org-un məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin tanınmış simaları qatılıb. Özü də musiqiçi olan Əli Hafizə adlı xanımla ailə qurub.
Gecədə müğənnilər səbəbkarlar üçün mahnılarını səsləndiriblər.
Əli eyni zamanda müğənni Emil Bədəlovun qayınıdır.
Qeyd edək ki, Əlinin ilk toyu iyunda Buzovnada olmuşdu. Həmin məclisdə yalnız kişilər iştirak etmişdi.