Zaqatala rayonunda iki qohum dəm qazının qurbanı olub.

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, hadisə dekabrın 5-də rayonun Yuxarı Tala kəndində baş verib.

Kənd sakini Rövşən Mustafayev və onun evində qonaq olan qohumu Məhəmməd Abdullayev dəm qazından zəhərlənərək ölüblər.