Müğənni Könül Kərimovanın oğlu Rəşad müğənnilik sevdasına düşüb.
Lent.az-ın məlumatına görə, bu barədə K.Kərimova "Ondan sonra verilişində danışıb: "Oğlumun da səsi var. Müğənni olmaq istəyir. Günlərin bir günü oğlumu tələbə yoldaşım Teymur Əmrahın yanına göndərdim ki, səsini dinləsin. Teymur bəy dinləyəndən sonra mənə dedi ki, səsi var. Özü də lirik tenordu, daimi öz üzərində çalışsa, nəsə alınar. İndi görək də.
Qeyd edək ki, K.Kərimovanın oğlundan savayı, bir qızı da var.