Müğənni Xatun Əliyeva ilk dəfə oğlundan danışıb.
Unikal.org-un məlumatına görə, axşam.az-a açıqlama verən ifaçı bildirib ki, övladı ona qadağalar qoyur:
"Oğlum gündəmdə olmağı sevmir. Bəzi uşaqlar var ki, efirə çıxmaqdan xoşu gəlir. Mənimki elə deyil. O istəmədiyinə görə mən də ondan danışmıram. Oğlum 12-13 yaşında olanda bəzi hərəkətlərimə qarışırdı. Anasına qarşı qısqanclıq hissi var. Mən də onun böyüdüyünü nəzərə alıb, özümdə bir çox şeylərə qadağa qoymuşam. Elə edirəm ki, mənə irad tutmasın, oğlumun əsəbləri ilə oynamayım. Açıq-saçıq geyinmədiyim üçün aramızda çox da söz-söhbətlər olmur. Mənim parodiyalarıma isə qarışmır. Oğlum Cem Yılmaz fanatıdır, Fərda Xudaverdiyevi izləyir, yumor hissi güclüdür. Birlikdə hardasa oturanda, foto çəkdirirəm, əgər onun qolu belə düşürsə, paylaşmağımı qoymur. Bir də harasa gedəndə, mən bərk danışanda üstümə qışqırır ki, sakit ol. Oğlum boylu-buxunludur. Birdən hardasa otururuq, kimsə görür. Gedib danışırlar ki, Xatunu cavan oğlanla gördük. Başlayıram onlara izah etməyə ki, oğlumdur".