Müğənni Gülben Ergen və jurnalist Erhan Çelik bu gün rəsmən boşanıblar.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, 2014-cü ildə ailə quran cütlük Küçükçəkməcə Ədliyyəsində baş tutan məhkəmədə qarşılıqlı razılıq əsasında ayrılıblar. Hakim onların rəsmən boşanmasına qərar verib.
G.Ergen boşanan kimi sosial mediada adının yanındakı "Çelik" soyadını silib.